Prezident İlham Əliyev Xaçmaz rayonu ərazisində Dalğalı–Nabran–Tel avtomobil yolunun tikintisinin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, üç min iki yüz nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Dalğalı–Nabran–Tel avtomobil yolunun tikintisi məqsədi ilə 2014-cüil dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,7 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.