Prezident tunellərin açılışında iştirak edib
02 sentyabr 2013 20:20 (UTC +04:00)

Prezident tunellərin açılışında iştirak edib

Bu gün Bakıda “Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı” layihəsi çərçivəsində inşa edilən beş tunelin açılış mərasimi olub. APA-nın verdiyi məlumata görə, prezident İlham Əliyev mərasimdə iştirak edib.


Layihə üzrə ərazidə 16 giriş-çıxışlı, ümumi uzunluğu 2 min 512 metr, eni 8-15,5 metr, hündürlüyü 5,5 metr, hərəkət zolaqlarının sayı isə 5 olan 6 tunel tipli yol qovşağı inşa edilib.
 

Tunel tipli yol qovşaqları Atatürk və Vaqif prospektlərini, həmçinin Atatürk prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospektini birləşdirir. Əlavə olaraq, Təbriz küçəsindən gələn avtomobillər Gənclik dairəsinə daxil olmadan birbaşa tunel vasitəsilə Dərnəgül şosesinə çıxa biləcək. Həmçinin Fətəli xan Xoyski prospektinə qısa döngələrlə istiqamətlənmək mümkün olacaq. Vaqif prospektindən gələn avtomobillər Fətəli xan Xoyski prospektinin altından keçərək Atatürk prospektinə çıxacaq və bu istiqamətdən Həsən Əliyev prospektinin üstündən keçəcəklər.
 

Prezident İlham Əliyev inşa edilən tunellərlə tanış olub. Dövlət başçısı görülən işləri yüksək qiymətləndirən dövlət başçısı Bakıda onlarla, ölkə üzrə bəlkə də yüzlərlə körpü, keçid və tunel tikildiyini bildirib:

 

“Hər şey insanların rahatlığı, hər şey Azərbaycan vətəndaşları üçün olmalıdır. Gələcəkdə hələ ki görüləsi işlər çoxdur. Bakının yol infrastrukturunun yeniləşməsi, qurulması istiqamətində hələ böyük işlər görüləcək. Ancaq görülən işlər kifayət qədərdir. İnsanlar tez-tez bu yeniliklərə öyrəşir. İndi misal üçün 5, 7 il bundan əvvəlki vəziyyəti yada salanda görürük ki, yerlə göy qədər fərq var. Aeroport yolu, körpülər, qovşaqlar, tunellər tikilir, özü də hər yerdə. Təkcə şəhərin mərkəzində deyil, şəhərin bütün yerlərində böyük nəqliyyat infrastrukturu yaradılır. Hazırda Ziya Bünyadov istiqamətində də böyük qovşaq tikilir. Burada da – “Gənclik” metrosunun ətrafında əvvəllər də iki yol açılıb, iki istiqamətə aparan yollar. Bu yollar da elə bu qovşağın tərkib hissəsi olaraq indi fəaliyyət göstərir. Bütün binalar yenidən qurulub, abadlaşıb. Bu meydan doğrudan da yeni görkəm alıb. Futbol stadionu da əsaslı təmir edilib. Burada digər infrastruktur tikilir. Yəni, Bakının ən gözəl meydanlarından biri olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1957
avatar

Oxşar yazılar