Prezident İlham Əliyev Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Şəmkir şəhərində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.