Prezident İlham Əliyev Şirvana səfəri çərçivəsində “Cənub” Elektrik Stansiyasının açılışında iştirak edib. Lent. az-ın məlumatına görə, prezident stansiyanın həyətində xatirə şəkli çəkdirib, avtobusla ərazini gəzib.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlət başçısına məlumat verib ki, son illərdə Azərbaycanda elektroenergetika sisteminin inkişafı ilə bağlı mühüm tədbirlər icra olunub. Qeyd edilib ki, 110 kilovoltluq xətlər Sumqayıt Texnologiyalar Parkının istehsalıdır. Ümumilikdə, stansiyada Sumqayıt Texnologiyalar Parkının istehsalı olan 150 kilometr uzunluğunda 6 və 4 kilovoltluq güc, həmçinin min kilometrdən çox siqnal və ölçü kabelləri çəkilib.
Bildirilib ki, stansiyaya lazım olan əsas avadanlıq dünyanın 70-ə yaxın aparıcı şirkətindən alınıb. Bununla yanaşı, bir çox zəruri avadanlıq, o cümlədən metal konstruksiyalar, körpülü kranlar, borular, mazut çənləri və digər avadanlıq yerli “Azenco” şirkəti tərəfindən hazırlanıb.
Prezident İlham Əliyev stansiyanın idarəetmə mərkəzində yaradılan şəraitlə tanış olub. Dövlət başçısı “Cənub” Elektrik Stansiyasını işə salıb.
Sonra prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Daha sonra çıxış edən şəhər sakini Tofiq Hüseynov dövlət başçısına Şirvanın inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib.
Prezident həmçinin Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib.
Prezident İlham Əliyev şirvanlılarla görüşdü
710