Prezident İlham Əliyev sement zavodunun açılışını etdi - YENİLƏNİB
21 iyul 2014 18:42 (UTC +04:00)

Prezident İlham Əliyev sement zavodunun açılışını etdi - YENİLƏNİB

Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun ərazisində yerləşən "Norm" sement zavodunun açılışında iştirak edib. Lent.az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə inzibati binada Heydər Əliyevin həm sovet dönəmində, həm də müstəqillik illərində hakimiyyəti dövründə Azərbaycanda istifadəyə verilən sənaye müəssisələrinin açılışlarında iştirakını və hazırda bu sahəyə göstərilən diqqət və qayğını əks etdirən fotostendlərə baxıb.

 

Müəssisənin laboratoriyası və idarəetmə mərkəzi ilə tanış olan Azərbaycan Prezidentinə ölkənin sement bazarı və zavod haqqında məlumat verilib.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, müəssisə gündə beş min ton klinker, ildə iki milyon ton sement istehsalı gücünə malikdir. Zavodda 350 nəfər işlə təmin olunub.
 

Dövlət başçısı zavodu işə saldı və monitorda istehsal prosesinin gedişinə baxdı.
Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev zavodun kollektivi ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2619
avatar

Oxşar yazılar