Prezident daha bir yolun tikintisinə pul ayırdı
11 iyun 2014 18:35 (UTC +04:00)

Prezident daha bir yolun tikintisinə pul ayırdı

0

Prezident İlham Əliyev Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, beş min nəfər əhalinin yaşadığı və 5 yaşayış məntəqəsini birləşdirən Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq 3 milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 939

Oxşar yazılar