Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın azərtac-a istinadən verdiyi məlumata görə, sərəncamla Azərbaycan xalqının mədəni irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aşağıdakı əməkdaşları təltif edilir.
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Quliyev Anar Adil oğlu
Primov Eldar Əskər oğlu
“Tərəqqi” medalı ilə
Cəfərova Reyhan Ələsgər qızı
Kazımova Esmira Zeynal qızı
Rüstəmov Teymur Aslan oğlu.