Prezident bələdiyyələrlə bağlı sərəncam verdi
15 may 2014 19:57 (UTC +04:00)

Prezident bələdiyyələrlə bağlı sərəncam verdi

Prezident İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, prezidentin sərəncamı ilə Nazirlər Kabineti üç ay müddətində Azərbaycan qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb prezidentinə təqdim etməlidir.

 

NK həmçinin üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin edib prezidentinə məlumat verməlidir. Nazirlər kabineti habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlayaraq və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat verəcək, qanundan irəli gələn digər məsələləri həll edəcək.

 

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2916
avatar

Oxşar yazılar