<b>Prezident Fəxri Xiyabana və Şəhidlər Xiyabanına gedib</b>
18 aprel 2018 11:22 (UTC +04:00)

Prezident Fəxri Xiyabana və Şəhidlər Xiyabanına gedib

0

Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gəlib Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, dövlət başçısı H. Əliyevin məzarı önünə əklil qoyub, onun ruhu qarşısında baş əyib.

 

Sonra Prezident İlham Əliyev və ailə üzvləri görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər və üzərinə gül dəstələri qoyublar.

 

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzülüb.

 

Prezidenti daha sonra ailə üzvləri ilə birlikdə xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət edib.
 
 
Dövlət başçısı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
 
 
Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr ediblər. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 493

Oxşar yazılar