Prezident “Qərbi Çıraq” platformasında olub
23 iyul 2013 14:22 (UTC +04:00)

Prezident “Qərbi Çıraq” platformasında olub

Prezident İlham Əliyev “Qərbi Çıraq” platformasında tikinti-quraşdırma işlərinin gedişi ilə tanış olub. Lent.az-ın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, platformanın təməli 2010-cu ildə qoyulub. “Qərbi Çıraq” dayaq bloku bu vaxtadək Xəzər dənizində quraşdırılmış ən ağır qurğudur. Dayaq blokunun ümumi çəkisi 1500 tonluq üzmə pontonları da daxil olmaqla 18 min 200 tondur. Bloku Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan yerli “Bos Shelf” şirkəti inşa edib. Bu nəhəng qurğunun tikintisinə 2 min insan, o cümlədən subpodratçı və təchizatçı mütəxəssislər cəlb edilib. İşçi qüvvəsinin təxminən 96 faizi azərbaycanlılar olub.

Prezident İlham Əliyev qurğuda çalışan işçilərlə görüşüb və görülən işlərdən razılığını bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 677
avatar

Oxşar yazılar