Polşada Azərbaycan tarixi tədris olunacaq
17 oktyabr 2013 12:46 (UTC +04:00)

Polşada Azərbaycan tarixi tədris olunacaq

Bu ilin oktyabrından etibarən ilk dəfə olaraq Polşanın ən nüfuzlu ali təhsil müəssisəsi olan Varşava Universitetinin tədris proqramına Azərbaycan dili, tarixi və mədəniyyəti ilə bağlı fənlər daxil edilib. Lent.az-ın Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycanla bağlı fənlər proqrama yeni əlavə olunmasına baxmayaraq, dərslərə yazılan tələbələrin sayı gözləniləndən yüksək olub.

 

Azərbaycan dövləti tərəfindən maliyyələşdirilən və Polşadakı səfirliyin Varşava Universitetinin rəhbərliyi ilə apardığı danışıqlar nəticəsində ərsəyə gələn bu tədris layihəsinin rəsmi təqdimatı oktyabrın 11-də Varşava Universitetində keçirilib. Tədbirdə səfir Həsən Həsənov azərbaycanşünaslıqla bağlı fənləri seçən tələbələrlə görüşwb, onların qarşısında geniş məruzə ilə çıxış edib.

 

Diplomat Azərbaycanın milli maraq və mənafelərinin qorunmasını başlıca şərt kimi irəli sürdüyünü və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirdiyini diqqətə çatdırıb.

 

Sonda tələbələrə səfirlik tərəfindən polyak dilində nəşr edilmiş kitablar hədiyyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 758

Oxşar yazılar