Bu günlərdə Polşanın Qdansk şəhərində Polşa Sosial Sığorta Təşkilatının və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) təşkilatçılığı ilə “XXI əsrin çağırışları və pensiya sistemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən xəbərə görə, konfrans Polşa Sosial Sığorta Təşkilatının yaradılmasının 80 illik yubileyinin qeyd edildiyi günlərə təsadüf edib. Konfransda Avropada demoqrafiya və miqrasiya prosesləri, onların sosial təminat sistemlərinin dayanıqlığına, əmək bazarının dəyişən strukturunun pensiya sistemlərinə təsiri, habelə pensiya sistemlərində sosial dialoqun və sosial konsensusun əldə olunmasında qabaqcıl Avropa ölkələrinin təcrübəsi barədə maraqlı təqdimatlar, məruzələr edilib, çıxışlar dinlənilib. Konfransın sonuncu sessiyasında BSTA-nın Təkmilləşdirmə Mərkəzinə dair məlumat verilib.
Konfransda DSMF-nı Fondun sədr müavini Zakir Babayev təmsil edib.