Polislərə Bakı memarlığından mühazirə oxunub
11 dekabr 2013 18:41 (UTC +04:00)

Polislərə Bakı memarlığından mühazirə oxunub

Dekabrın 10-da Çevik Polis Alayında paytaxtın mərkəzində və İçərişəhərdə xidmət aparan sahə inspektorlarının və gənc polis əməkdaşlarının iştirakı ilə Bakının arxitekturasına və tarixinə həsr olunmuş seminar-məşğələ keçirilib. Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, DİN Baş Kadrlar İdarəsinin şöbə rəisi, polis polkovniki Əziz İsaxanov bildirib ki, bu tədbir Daxili İşlər Nazirliyi rəhbərliyinin təşəbbüsü ilə baş tutub. Məqsəd paytaxtımızın tarixi abidələrlə zəngin olan rayonlarında xidmət aparan bayır xidmətinin gənc əməkdaşlarını daha ətraflı məlumatlandırmaqdır.

 

Bir sıra dəyərli araşdırmaların müəllifi, tamaşaçıların maraqla izlədiyi “Bakı sirrləri” verilişinin yaradıcısı və aparıcısı, istefada olan polis polkovnik-leytenantı Fuad Axundov dinləyicilərə qeyd olunan mövzuda maraqlı məlumatlar verib. DİN rəhbərliyinə minnətdarlığını bildirən F.Axundov vurğulayıb ki, ölkəmizin, xüsusilə də paytaxt Bakımızın qədim tarixi haqqında hər bir azərbaycanlı ətraflı bilgiyə malik olmalıdır, çünki XXI əsr məlumat və informasiya əsridir. Ölkəmizdə elə tarixi abidələr var ki, onlar YUNESKO-nun Mədəni İrs siyahısına daxil olmuşdur  və bu, ölkəmizə gələn turistlərin diqqətini xüsusilə cəlb edir.

 

Mühazirəçinin şəxsi tədqiqatları nəticəsində əldə etdiyi yeni məlumatlar, qədim Bakının slayd vasitəsilə təqdim olunan fotoşəkilləri və digər arxiv materialları dinləyicilərin böyük marağına səbəb olub. Tədbir zamanı Azərbaycan tarixində, mədəniyyətində və incəsənətində müstəsna rol oynamış şəxsiyyətlər barədə də maraqlı məlumatlar verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1031
avatar

Oxşar yazılar