Prezident hərbi kafedraların yaradılmasına <span style="color:red;">SƏRƏNCAM  verdi
23 sentyabr 2014 18:51 (UTC +04:00)

Prezident hərbi kafedraların yaradılmasına SƏRƏNCAM verdi

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında və Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında hərbi kafedraların yaradılması haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

 

“1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedralar yaradılsın.
 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
 

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5264
avatar

Oxşar yazılar