Əminə Ərdoğan prezidenti qucaqlayıb ağladı - VİDEO
12 iyul 2025 17:00 (UTC +04:00)

Əminə Ərdoğan prezidenti qucaqlayıb ağladı - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın PKK terror təşkilatının silahı buraxdığına dair çıxışı xanımı Əminə Ərdoğanı kövrəldib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Ərdoğan AK partiyanın iclasında "terrorsuz Türkiyə" vurğusu ilə bir sıra güclü mesajlar verib.

Prezidentin çıxışı zamanı salonda duyğusal anlar yaşanıb. Xüsusən, Ərdoğanın "Dünəndən etibarən 47 illik terror bəlası sona çatıb" sözləri xanımı Əminə Ərdoğanı kövrəldib. O, masadan qalxaraq Rəcəb Tayyib Ərdoğanın yanına gəlib başını çiyninə qoyaraq, ağlayıb.

Bu anlar AK partiya tərəfindən sosial şəbəkədə paylaşılıb və viral olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar