Piyadaları vurub qaçan sürücü saxlanılıb
24 yanvar 2014 01:21 (UTC +04:00)

Piyadaları vurub qaçan sürücü saxlanılıb

Şirvanda  piyadaları vurub qaçan sürücü bir həftədən sonra yaxalanıb. APA-nın Mil-Muğan bürosuna Şirvan Polis Şöbəsindən verilən məlumata görə, yanvarın 15-də Şirvan şəhərinin H.Əliyev prospektində naməlum avtomobillə iki nəfər piyadanı vuran sürücü hadisə yerindən yayınıb. Hadisə nəticəsində ağır xəsarət almış yaralılar 1991-ci il təvəllüdlü Əliyev Hüseyn İsmayıl oğlu və 1974-cü il təvəllüdlü Bağırov Mübariz Əlizamin oğlu Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Bağırov Mübariz Əlizamin oğlunun başında neyrocərrahiyyə əməliyyatı aparılıb.  Araşdırma zamanı   avtomobilin hadisə yerində aşkarlanan yan güzgüsündən  avtomobilin “Opel Omeqa” markalı olduğu və hadisəni törədən şəxs Şirvan şəhər sakini  1989-cu il təvəllüdlü Yaqubov Rauf Bəxtiyar oğlu olduğu müəyyənləşdirilib.

 

İstintaq tərəfindən   müəyyən edilib ki, R.Yaqubov dostuna məxsus  90 MR 136 dövlət nömrə nişanlı “Opel Omeqa” markalı avtomobillə hadisəni törətsə də, dostunu aldadaraq avtomobili hasara vurduğunu söyləyib. Sonradan o, avtomobili Bakı şəhərində  təmir etdirərək, saytlardan birində onu satmaq haqqında elan verib. Polis əməkdaşları ilə telefonla sövdələşmə zamanı Rauf Yaqubov yaxalanaraq istintaqa təhvil verilib.  

 

Faktla bağlı Şirvan polisi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar