Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 12892 nəfər təşkil edir. Bu barədə Lent.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Onlardan 61,6 faizi yaşa görə, 26,2 faizi əlilliyə görə, 12,2 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçularının orta aylıq pensiya məbləği isə 460,3 manatdır.
Fondan bildirilib ki, 2014-cü il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1281706 nəfər təşkil edir.