Paytaxt məktəbinin <span style="color:red;">ÇEMPİON  məzunu
09 iyul 2019 11:21 (UTC +04:00)

Paytaxt məktəbinin ÇEMPİON məzunu

Paytaxt məktəbinin builki məzunu Budapeştdə dünya məktəbliləri arasında keçirilən kombat oyunlarında uğura imza atıb.
 
Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 189-190 nömrəli tam orta məktəbin builki məzunu Fərid Ağayev Budapeştdə keçirilən yarışlarda karate idman növü üzrə qızıl medala layiq görülüb, diplomla təltif edilib.
 
Qeyd edək ki, Fərid Ağayev 2009-cu ildən - 7 yaşından karate ilə məşğul olur. O, yeniyetmələr arasında İsveçrə və Fransada keçirilən Avropa çempionatlarında 2 dəfə I yerə, Xorvatiyada keçirilən Qran pri, Gənclər liqası və Dünya Çempionatında müvafiq olaraq I, II və III yerlərə layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 871
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar