Orxan Zeynalovun valideynləri danışdı: “O, belə iş görməz”
15 oktyabr 2013 23:58 (UTC +04:00)

Orxan Zeynalovun valideynləri danışdı: “O, belə iş görməz”

 

 

 

 

 

Orxan Zeynalovun valideynləri danışdı: “O, belə iş görməz”

 

 

Azadlıq radiosu oktyabrın 15-də Şəmkirin Seyfəli kəndində Moskvada qətl törətməkdə şübhəli bilinən Orxan Zeynalov valideynlərindən müsahibə götürüb. 
 

 

 Valideynləri onun belə bir iş tutmasına inanmadıqlarını deyiblər. Onların sözlərinə görə Orxanın özü də onlarla telefon əlaqəsi saxlayıb və bu işdə əli olmadığını bildirib. 

 

Orxanın atası Zahid Zeynalaov:

 

“İnana bilmirəm, orda ticarətlə məşğul idi.4 ildən çoxdur ki, Moskvadadır. Bu hadisəni eşidəndə çox kədərləndim, dedim ki, mənim oğlum belə bir iş görə bilməz. Bircə onu düşünürəm ki, miqrantlara görə, bu proses əvvəlcədən planlaşdırılıb ki, Azərbaycanlılar, Müstəqil Dövlətlər Birliyinin vətəndaşları Rusiyaya viza ilə getməlidirlər. Bəlkə də bu siyasi bir hadisədir, bəlkə bu hadisəni planlı şəkildə törədiblər? Mən başqa heçnə deyə bilmərəm.İndicə eşitdim, kanalın biri dedi ki, odur, biri isə dedi ki, təkzib edirlər, o deyil. Mənim narazılığım odur ki, dövlət səviyyəsində bu hadisəni dəqiqləşdirsinlər ki, həqiqətən bu hadisəni kim törədib, onu cəzalandırsınlar. Yəqin ki, araşdırılanda da eşidəcəksiz  ki, o ölkəni tərk eləməyib.

Yəni ümumiyyətlə deyirlər ki, Rusiyadan kənara çıxan bütün təyyarələrdə başqa millətlərin nümayəndələrini  çıxmağa qoymurlar, o ölkəni necə tərk edə bilər.

O, uzaq başı Moskvadan 2-3 kilometr kənara çıxa bilər. Amma ölkəni tərk eləməyib”.

 

Anası Yasəmən Zeynalova da buna inanmadığını deyir:

 

“Həmişə danışırıq , bazarda alver edir. Həmişə deyirdi ki, hər şey yaxşıdır, işlər qaydasındadır, nə deyim.Hamı kimi yoldaşları ilə pul dalınca , 5-3 manat pul qazanmağa getmişdi. Burda iş yoxdu, oxumayıb, elə bir işi yox idi.

Allah bütün balaların pənahında dursun.Əsəb içindəyəm, onluq heç nə yoxdur , sadəcə şübhələnirlər, elə indicə zəng eləyib ki, mənlik heçn yoxdur. Mal dalınca gedibmiş, saata baxmadım təxminən 2-3-də zəng eləmişdi.Dediki sağ-salamatçılıqdı, deyilənləri mən də eşidirəm, ora gedəcəm ki, kimin kim olduğunu bilsinlər”.

Qeyd edək ki, Orxan Zeynalov bu günlərdə Moskvanın Biryulevo rayonunda Yeqor Şerbakov adlı gəncin qətlində şübhəli bilinir.Rusiya polisi  onun Moskva ətrafındakı  Kolomne yaşayış məntəqəsində həbs edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7681
avatar

Oxşar yazılar