Azərbaycanda sanator tipli bağçalar yaraılacaq - <span style="color:red;">YENİLİK
14 noyabr 2014 10:52 (UTC +04:00)

Azərbaycanda sanator tipli bağçalar yaraılacaq - YENİLİK

Məktəbəqədər yaşda olan zəif və tez-tez xəstələnən uşaqların sağlamlığının möhkəmləndirilməsi məqsədi ilə sanator tipli bağçaların yaradılması və inkişaf etdirilməsi üzrə tədbirlər həyata keçiriləcək.  Lent.az-ın məlumatına görə, bu barədə 2014-2025-ci illəri əhatə edən “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda qeyd olunub. 

 

Sənədin icrası İqtisadiyyat və Sənaye, Səhiyyə nazirliklərinə, o cümlədən yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Görüləcək işlərə uyğun olaraq, istifadəyə verilmiş yeni sanator tipli bağçaların sayı da nəzərə alınacaq.

Tədbirlər planı 2014-2015-ci illəri əhatə edəcək.

Orta təhsil müəssisələrində təhsil alanlarda onurğa sütunu xəstəliklərinin, görmə və maddələr mübadiləsi pozuntularının profilaktikası üzrə tədbirlər də həyata keçiriləcək. Bununla bağlı Təhsil və Səhiyyə nazirliklərinə tapşırıq verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565

Oxşar yazılar