
Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək
Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan orta ixtisas təhsili müəssisələri (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkil ediləcək.
ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə əksini tapıb.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili barədə təkliflərini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidirlər. Yenidən təşkiletmə barədə qərar qəbul edildiyi tarixdən iki ay müddətində həmin orqanlar tabeliklərində olan orta ixtisas təhsili müəssisələrinin (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) nizamnamələrini təsdiqləməli, daha sonra “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanununa uyğun olaraq zəruri hərəkətləri beş gün müddətində etmələrini təmin etməlidirlər.
Dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər də tabeliklərində olan orta ixtisas təhsili müəssisələrinin publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili istiqamətində anoloji addımlar atmalıdır.
Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09