"Bəzi sözlərin yazılışı ətrafında fərqli fikirlər var" - <span style="color:red;">Yeni orfoqrafiya lüğəti ilə bağlı ZİDDİYYƏT
09 iyun 2019 15:19 (UTC +04:00)

"Bəzi sözlərin yazılışı ətrafında fərqli fikirlər var" - Yeni orfoqrafiya lüğəti ilə bağlı ZİDDİYYƏT

Azərbaycan ictimaiyyəti yeni orfoqrafiya lüğəti ilə payızda tanış ola biləcək.

Yeni nəşrin hazırlığı davam etdirilir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Lent.az-a açıqlamasında bildirib ki, istəkləri dur ki, yeni nəşr olunacaq orfoqrafiya lüğətinin məsuliyyətli işin nəticəsi olsun.

Buna görə də lüğətin sentyabrda nəşrə verilməsi qərara alınıb.   

 M.Nağısoylu bildirib ki, lüğətdəki bəzi sözlərin yazılışı və s. bağlı təkliflər təqdim olunub: “Bəzi sözlərin yazılışı ətrafında fərqli fikirlər, təkliflər var. Ona görə müzakirələr aparılacaq. Təkliflər nəzərə alınacaq”.

M.Nağısoylunun sözlərinə görə, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin lüğətin 2013-cü il nəşrində yer alan sözlərlə bağlı irəli sürdüyü tənqidlərin çoxu nəzərə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli Lent.az-a bildirib ki, orfoqrafiya lüğəti tələsik hazırlanmamalıdr: “Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş orfoqrafiya qaydaları əsasnda lüğət hazırlanır. Alimlər də buna məsuliyyətlə yanaşırlar. Düşünürəm ki, ilin sonuna doğru-payızda hazır olacaq. Hazırlandıqdan sonra dilçi alimlər olaraq bunu bir də nəzərdən keçirməliyik”.

İ.Həbibbəyli bildirib ki, yeni lüğət 1 ildən artıq açıq müzakirədə olub, müzakirələrdə 300-dən çox alim iştirak edib.

Qeyd edək ki, Azərbaycan dilinin  orfoqrafiya lüğəti son dəfə  2013-cü ildə nəşr olunub.  

Yeni lüğətə 4000 yeni söz daxil edilib və 112 minə yaxın söz var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1556
avatar

Aygün İbrahimli

Oxşar yazılar