Orda da bayram olur... - <span style="color:red;">REPORTAJ
09 mart 2014 17:27 (UTC +04:00)

Orda da bayram olur... - REPORTAJ

8 Mart Beynəlxaq qadınlar günü. Bu günü kimisi azadlıqda, kimisi dəmir barmaqlıqlar arasında qeyd edir. Lakin harada qeyd etməyimizdən asılı olmayaraq, bu gün qadınların günüdür. Yəni bizim günümüz. Bu gündən hər bir kəsə pay düşür. Elə məhkum xanımlara da .

 

İstər məhbəsdə ol, istər azadlıqda - fərqi yoxdur, qadın elə qadındır. Diqqətə, sevgiyə qayğıya ehtiyacı var. İlin 365 günündən cəmi birinin özünə aid olmasıyla razılaşan, bu günün sevincini yaxınlarıyla bölüşəndir qadınlar. Amma burdakı qadınların bayram sevinci də natamamdır. Biz onlardan ikisi ilə söhbət edə bildik - Günay Cəfərova və Xanımcan Ümüdəliyeva ilə. Günay neçə illərdi ki, burda cəza çəkir.

 

"Mən arzu edirəm ki, bütün gənc qadınlarımız analarımız bacılarımız hamısı azad həyatda xoşbəxt olsunlar. Burdakı xanımlara da azadlıq arzu edirəm. Peşmanam. Doğmalarımdan kənarda,  belə yerdə kim xoşbəxt olar? Söz yox bizə baxım yaxşıdır. Mən bəzən bu türməni qızlar kolleci kimi hiss edirəm. Elə bilirəm qızlar kollecidir. Bircə çətinliyimiz azadlıqda olmamağımızdır."

 

Xanımcan da xeyli vaxtdır burdadır. Deyir, bütün qadınlar kimi, o da bayramı öz evində, ailəsi ilə birgə keçirmək istərdi. Hələliksə "evdə bayram keçirmək bir gün bizə də nəsib olar" ümidiylə yaşayır.

 

"Heç bir qadına belə bir yerə düşməyi arzu etmirəm. Hər bir qadın öz analığını qoruyub saxlasın. Bacı olaraq, qardaşlarına bacı olmağı arzulayıram hamısına."

 

Bu xanımların özlərinə də bayram arzuları var. Azadlığa çıxandan sonra iş tapsınlar və yolları bir daha buralardan düşməsin. Yaxşı arzudur. Təki çin olsun.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 885
avatar

Oxşar yazılar