Oqtay Şirəliyev: “Heç kəs həkim səhvlərindən sığortalanmayıb”
14 mart 2014 13:07 (UTC +04:00)

Oqtay Şirəliyev: “Heç kəs həkim səhvlərindən sığortalanmayıb”

“Xarici ölkələrdə müalicə olunan azərbaycanlıların nə qədəri vətənə salamat gəlir, bunu araşdıran yoxdur”

 

 

 

“Mənə bircə dövlət göstərin ki, onun səhiyyə sistemi nöqsansız olsun. Bizdə də problemlər var, heç kəs onlara göz yummağın tərəfdarı deyil”. Lent.az-ın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev bildirib. O qeyd edib ki, tənqid edənlər təbabətin bugünkü vəziyyəti ilə on il əvvəlki halını müqayisə edə bilərlər: “Dövlət tibb müəssisələri, diaqnostika mərkəzləri ən müasir aparatura ilə təmin olunub. Hazırda yüksək texnoloji əməliyyatlar edilir”.

 

O. Şirəliyev vaxtı ilə həkimlərə inamsızlığın olduğunu da bildirib.

 

Nazir həmçinin, həkim səhvlərinə də münasibət bildirərək qeyd edib ki, nə Azərbaycanda, nə də dünyada heç kəs həkim səhvlərindən sığortalanmayıb: “Məsələn, hər il 1, 5 milyon amerikalı dərman preparatlarının səhv tətbiq olunmasının qurbanı olur. Hər il xarici ölkələrdə müalicə olunan azərbaycanlının nə qədəri vətənə sağ-salamat gəlir, bunu araşdıran yoxdur”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587

Oxşar yazılar