Ermənistanla ön cəbhədə yerləşən hərbi hissədə millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın kitablarının imzalanması mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, ön cəbhədə belə bir tədbirin təşkili üçün Silahlı Qüvvələrin rəhbərliyinə təşəkkürünü bildirən Q. Paşayeva əsgər və hərbiçilərə müəllifi olduğu kitablar barədə qısa məlumat verib.
Hərbi hissənin rəhbəri polkovnik Mais Barxudarov Q. Paşayevaya Fəxri Fərman təqdim edib. Fərman millət vəkilinə hərbi hissənin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində yüksək fəaliyyətinə, diqqət və qayğıkeşliyinə görə verilib.
Tədbirin sonunda Azərbaycanın əməkdar artisti Elza Seyidcahan və əsgərlər maraqlı konsert proqramı ilə çıxış ediblər.