Çaylarda sululuq artıb, daşqın baş verib
30 sentyabr 2016 12:01 (UTC +04:00)

Çaylarda sululuq artıb, daşqın baş verib

0

 

Ötən günlər ərzində yağan leysan xarakterli intensiv yağışlar nəticəsində respublikanın əksər çaylarında sululuq artıb, Girdimançaydan qısamüddətli daşqın keçib,.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-270, Kiçik Qafqaz çaylarında 150-250, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-50 faizini təşkil edir.

 

Bundan başqa, sentyabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 137 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 96 m3/s olmaqla ongünlük normanın 69 faizini təşkil edib.

 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 80 m3/s olmaqla, ongünlük normanın 83 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 43 m3/s təşkil edərək ongünlük normanın 45 faizini təşkil edib.

 

Sentyabrın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 23, Salyanda 4,  Bankədə 8 və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 22 sm artım qeydə alınıb.

 

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 498 (2015-ci il sentyabrın 30-da 320 sm), Salyanda 329  (2015-ci il sentyabrın 30-da 130 sm), Bankədə 249 (2015-ci il sentyabrın 30-da 158 sm), Araz çayının Novruzlu məntəqəsində isə 215 sm (2015-ci il sentyabrın 30-da 33 sm) təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar