Oktyabrın ilk günü temperatur yüksələcək
30 sentyabr 2014 12:51 (UTC +04:00)

Oktyabrın ilk günü temperatur yüksələcək

Sabah temperatur bir qədər yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, oktyabrın ilk günü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə 15-17, gündüz 20-24 dərəcə isti olacaq.

 

Əksər rayonlarda sabah hava əsasən yağmursuz olacaq. Lakin Lənkəran-Astara zonasında arabir yağış yağacaq.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Aran rayonlarında gecə 10-15, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1879

Oxşar yazılar