Nikahdan əvvəl müayinədən keçmək məcburi olacaq?
08 dekabr 2013 20:20 (UTC +04:00)

Nikahdan əvvəl müayinədən keçmək məcburi olacaq?

Nikahdan qabaq icbari tibbi müayinə aparılması barədə hələ də müzakirələr gedir. Qanunun işləmə mexanizmi ilə bağlı bir çox  ciddi problemlər var. Bu sözləri APA TV-yə millət vəkili, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini  Musa Quliyev bildirib: "Məsələn, kənd yerində, rayonun mərkəzindən ucqar yerdə yaşayan və nikaha girən şəxslər. Onlar gələ biləcəklərmi rayon mərkəzlərinə? Yaxud elə testlər var ki, onları ancaq Bakı şəhərində ixtisaslaşmış klinikalarda etmək mümkündür. Yaxud o müayinələr hansı vəsait hesabına həyata keçiriləcək?

 

Musa Quliyevin sözlərinə görə, artıq bu problemlərin bir qismi öz həllini tapıb. Nikahdan qabaq bütün tibbi müayinələr dövlət vəsaiti hesabına dövlət klinikalarında həyata keçiriləcək. Bütün rayon mərkəzlərində klinikaların bu testləri aparmağı üçün şərait yaradılıb. Qalır bir məsələ, o da vətəndaşların müraciət etmədiyi hallarda nə olacaq: "Burada fikir bir az haçalanır. Bir qrup millət vəkili bunun vətəndaşların hüquq və azadlıqlarının üstünlüklərini qəbul edərək könüllülük əsasında həyata keçirilməsini bir qismi isə vətəndaşın eyni zamanda dünyaya gələcək vətəndaşın - körpənin sağlamlıq hüququnu əsas götürərək cəmiyyətin sağlam cəmiyyət olmasını əsas gətirərək məcburi qayda olmasını tərəfdarıdır və hələlik bu müzakirələr davam edir. Mən də hesab edirəm ki, istənilən halda dünya təcrübəsini əsas götürməliyik və könüllülüyə üstünlük verilməlidir".

 

Musa Quliyev bildirdi ki, əgər bu  məcburi qaydada həyata keçirilərsə o zaman qeyri rəsmi və vətəndaş nikahlarının sayı artacaq. Bu da öz növbəsində əlavə problemlər yaradacaq. onuda əlavə etdi ki, istənilən halda qanunun qəbul olunması zəruridir: "Bir çox irsi genetik xəstəliklər, qan xəstəlikləri talassemiya var və  Azərbaycanda çox geniş şəkildə yayılıb. İnfeksion cinsi yolla keçən xəstəliklər var, Hepatit "C" insanın immun çatışmazlığının virusu kimi, bunlar da bir şəxsdən başqa şəxsə keçə bilir və eyni zamanda anadan dölə keçə bilir".

 

Millət vəkili  qohum evliliklərinin də əleyhinə olduğunu bildirdi. Onun sözlərinə görə, qohum evliliyindən dünyaya sağlam uşaq gəlsə belə genlər bir birinə yaxın olduğundan istər uşağın intellektual istərsə də fiziki inkişafı digər həmyaşıdlarına nisbətən zəif inkişaf edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2625
avatar

Oxşar yazılar