NİİM sürücülərə müraciət etdi
08 aprel 2013 18:49 (UTC +04:00)

NİİM sürücülərə müraciət etdi

 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi "Yollarda həmrəy olaq, təhlükədən uzaq olaq!" təhlükəsizlik aylığına qoşulub. Mərkəzdən Lent.az-a verilən məlumata görə, mərkəzin elektron rəqəmsal tablolarında (VMS) sürücələrə çağırış dərc olunub. Məlumatda deyilir: Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən keçirilən və əsas məqsədi təhlükəsizlik tədbirlərini gücləndirmək və yol-nəqliyyat hadisələrinin qarşısını almaq olan "Yollarda həmrəy olaq, təhlükədən uzaq olaq!" şüarlı təhlükəsizlik aylığına dəstək olur. Aylıq çərçivəsində əhalinin diqqətini yuxarıdakı məsələlərə cəlb etmək və həmrəylik nümayiş etdirmək məqsədilə sürücülərdən gündüz vaxtı da yaxın işıq faralarından istifadə etmələri xahiş olunub və NİİM-də  bu çağırışa dəstək olaraq paytaxta yerləşən və şəhərin küçə və prospektlərində nəqliyyat axını barəsində məlumat verən informasiya tablolarında bu aylığa qoşulmaq barədə çağırış yerləşdirib. 

 

Nəqliyyat təhlükəsizliyi aylığın keçirilməsi yollarda nəqliyyat hərəkətinin təhlükəsizliyinin artması, sürücü mədəniyyətinin yüksəlməsi və yol hərəkəti qaydalarına riayət olunması baxımından zəruridir. NİİM gələcəkdə də bu kimi tədbirlərə dəstək olaraq bu istiqamətdə öz aktivliyini nümayiş etdirməyə hazırdır.

 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2009-cu ilin aprelindən tikintisinə başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.  

# 1108
avatar

Nizam Rza

Oxşar yazılar