Bu gün tanınmış jurnalist Nicat Dağlar Mətbuat Şurasında olub. Lent. az-ın məlumatına görə. Şura sədri Əflatun Amaşov teleqraf.az saytının baş redaktoru ilə görüşdə onun sağlamlıq durumu ilə maraqlanıb. Leykosit xəstəliyindən müalicə olunan jurnalist 12 gün öncə Almaniyadan qayıtdığını, mərhələnin uğurla başa çatdığını, gələn ilin fevralında bu məqsədlə yenidən ora dönəcəyini bildirib: “Yaşamağıma, ailəmə, doğmalarıma, həmkarlarıma qovuşmağıma, peşə fəaliyyətimi davam etdirmək imkanı qazandığıma görə ilk növbədə prezidentimiz İlham Əliyevə borcluyam”.
MŞ sədri Azərbaycanda bütün cəmiyyət üzvləri kimi jurnalistlərin də problemlərinin həllinin dövlət başçısının diqqətində saxlanıldığını bildirərək, belə həssaslığın ilk növbədə dərin humanizm hissindən irəli gəldiyini vurğulayıb. Görüşdə Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadə də iştirak edib.