NƏSİMİ NƏBİZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ
Həmin dalğa, həmin koordinat. 24 aprel, Birləşmiş Ştatların qondarma “erməni soyqırımı”nı tanıma dövrü. Ermənilər artıq qondarma “soyqırımın” tanınması haqqında qanun layihəsini ABŞ Konqresinə təqdim ediblər. Həm də bu dəfə birbaşa yuxarı palataya. Gözlənilən addımdır, təəccüb doğuran heç nə yoxdur, təəssüf doğuran isə odur ki, bu il qanun layihəsinin qəbul olunma ehtimalı çoxdur. Səbəb isə... “Twitter”, “Youtube”, korrupsiya qalmaqalı... Nə bilim, o qədər səbəb var ki, saymaqla qurtaran deyil. Düşünməyin ki, Senat Türkiyə sosial şəbəkələrə girişi bağlayıb deyə, “erməni soyqırımı”nı tanıyacaq. Xeyr, sadəcə bu dəfə erməni tərəfin arqumentləri daha güclüdür. Türkiyədə insan haqlarının kobud şəkildə pozulduğunu iddia edən ermənilərin əlinə üstəlik bir “Twitter”, bir “Youtube” bəhanəsi verilib. Həm də bu bəhanə ermənilərin əlinə Türkiyə-ABŞ münasibətlərinin gərgin olduğu dövrdə, həm də Türkiyənin Vaşinqtonda səfirinin olmadığı dövrdə verilib. Qısası, nə qədər ağrılı olsa da, bu il 24 aprel ərəfəsində ABŞ Senatı qondarma soyqırımı tanıyarsa, təəssüflənin, amma təəccüblənməyin.

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 5 aprel
Oxşar yazılar

"Yaşayan Nostradamus"dan 2025-ci ilin sonu üçün dəhşətli PROQNOZ: dünya tanınmaz dərəcədə dəyişəcək
8 iyul 2025 , 20:15
Ata 6 yaşlı qızını iki arvadı olan kişiyə satdı
8 iyul 2025 , 19:20
30, 40 və 50 yaşda günəş altında nə qədər qalmaq olar?
8 iyul 2025 , 19:07
Kristiano Ronaldo 7 milyon dollarlıq dəbdəbəli yaxtası ilə tətildə - FOTOLENT
8 iyul 2025 , 16:07
Şəkər xəstələrinin dərman narazılığı ilə bağlı TƏBİB-dən AÇIQLAMA
8 iyul 2025 , 15:52
6 saatdan az yatanda orqanizmə nə olur? - ARAŞDIRMA
8 iyul 2025 , 15:37
Balakəndə 20 mindən çox abonentin qazı kəsiləcək
8 iyul 2025 , 15:03