Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 21 may
21 may 2014 20:06 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 21 may

NƏSİMİ NƏBİZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ

 

Bəlkə də xəbəriniz yoxdur, amma bazar günü Ukraynada prezident seçkiləri keçiriləcək. Xəbəriniz olmaması normaldır, çünki Ukraynanın özündə belə bundan bixəbər yüz minlərlə insan var. Tarixinin ən keşməkeşli dönəmlərindən birini yaşayan Ukraynada bu seçkilərin necə keçiriləcəyi hamı kimi mənə də maraqlıdır. Söhbət hansısa formal seçki prosedurundan getmir, söhbət parçalanmış, fəaliyyət göstərən strukturların qanuniliyi şübhə doğuran, separatçılıq meyllərinin baş alıb getdiyi bir ölkədə keçirilən seçkilərdən keçirilir. Ukraynada keçiriləcək seçkilərin nəticələri az-çox məlumdur, məlum olmayan bu seçkilərin legitim sayılıb-sayılmayacağıdır. Nəticələri deyil, prosesin özünü belə qeyri-legitim sayanlar müəyyən dərəcədə haqlı olacaqlar, çünki bir şəhərdə, məsələn Xarkovda dövlət binalarını separatçılardan təmizləməyə polisi olmayan Ukrayna bu şəhərdə demokratik seçkilərin keçirilməsini necə təmin edəcək? Qısası, seçkilər ən demokratik institutlardan biridir, amma Ukraynada bu şəraitdə keçiriləcək prezident seçkilərinin ölkədə stabilliyin bərqərar olmasına azacıq töhfə verəcəyinə mən inanmıram.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693
avatar

Oxşar yazılar