Bu gün Bakının Nərimanov rayonunda su olmayacaq. Lent.az-ın məlumatına görə, bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Xan Şuşinski küçəsində yeni çəkilən 280 mm diametrili su xəttinin akademik Həsən Əliyev küçəsindən keçən 500 mm diametrli magistral xəttə birləşdirilməsi işləri aparılır.
Bununla əlaqədar gün ərzində Nərimanov rayonunun bir hissəsinə (H.Əliyev, S.Vurğun, X.Şuşinski, C.Məmmədquluzadə küçələri) içməli su məhdudiyyətlərlə veriləcək.