Nərgiz Paşayeva MDU-nun fəxri professoru oldu
26 yanvar 2015 16:52 (UTC +04:00)

Nərgiz Paşayeva MDU-nun fəxri professoru oldu

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Nərgiz Paşayeva Moskva Dövlət Universitetinin (MDU) fəxri professoru diplomuna layiq görülüb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, N. Paşayeva bu diploma M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yaradılması və inkişafındakı, Rusiyanın bu qabaqcıl ali məktəbi ilə səmərəli əməkdaşlığın qurulmasındakı xidmətlərinə görə layiq görülüb.


Fəxri diplom N. Paşayevaya Moskvada MDU-nun 260 illik yubileyinə həsr olunmuş təntənəli iclasda təqdim edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260

Oxşar yazılar