Nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq küçələrin adları açıqlanıb
31 oktyabr 2013 20:18 (UTC +04:00)

Nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq küçələrin adları açıqlanıb

Bu gün öz işinə başlayan və iki gün davam edəcək III Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, tədbirə çoxsaylı iştirakçıların qatılması səbəbindən Neftçilər prospekti, Üzeyir Hacıbəyov, Yusif Səfərov, Zərifə Əliyeva, Koroğlu Rəhimov, Bakıxanov küçələri, Heydər Əliyev prospekti, Mikayıl Müşfiq küçəsi və Xətai prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücülərdən şəxsi nəqliyyat vasitələrdən az istifadə etmələrini, alternativ yollara üstünlük vermələrini, əsasən ictimai nəqliyyat vasitələrindən istifadə etmələrini xahiş edir. Məhdudiyyətlər Forum keçirilən müddəti əhatə edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1254
avatar

Oxşar yazılar