Nəqliyyat Nazirliyinin qurumunda <span style="color:red;">YOXLAMA
13 iyun 2014 13:28 (UTC +04:00)

Nəqliyyat Nazirliyinin qurumunda YOXLAMA

Azərbaycanda bir neçə icra hakimiyyəti və dövlət qurumunda audit yoxlaması həyata keçiriləcək. Bu barədə Lent.az-a Hesablama Palatasından məlumat verilib.

 

Dövlət büdcəsinin "Səhiyyə" bölməsi üzrə Nəqliyyat Nazirliyinin "Azərbaycan Dəmir Yolları" QSC-nin həkim-sanitar xidmətində audit yoxlaması həyata keçiriləcək. Bundan başqa Neftçala rayon İcra Hakimiyyətinə, dövlət büdcəsinin yerli xərclərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə Sumqayıt şəhərində məktəbəqədər təhsil müəssisələrinə ayrılan vəsaitlərin istifadəsinə, həmçinin Azərbaycan Respublikasının İspaniya Krallığında səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının hesablanılmasına dair Audit proqramları müzakirə edilərək təsdiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1012

Oxşar yazılar