Bu gündən etibarən magistral yollarda normadan artıq yük daşıyan avtomobillərə qarşı reydlərə başlayıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, səhər saatlarından etibarən Bakı-Quba-Rusiya sərhədi və Bakı-Ələt-Qazax magistrallarında reydlər həyata keçirilir: “Hər iki magistral boyunca tərəzilər quraşdırılıb. Nəqliyyat vasitəsinin oxuna düşən yük normadan artıq olarsa, həmin maşındakı artıq yük boşaldılır və bundan sonra sürücünün nəqliyyat vasitəsi ilə birgə hərəkətinə icazə verilir. Reyd zamanı yol polisinin “saxla” tələbinə əməl etməyən sürücülər də var. Həmin maşınların nömrələri götürülür və barələrində qanuna müvafiq tədbirlər görüləcək. Reydlər müntəzəm olaraq davam edəcək. Bunun ölkənin bütün magistral yollarında həyata keçirilməsi də nəzərdə tutulub”.

Oxşar yazılar

Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin
21 iyul 2025 , 19:46
Xoş XƏBƏR: Sabah əsəcək külək istinin təsirini azaldacaq
21 iyul 2025 , 19:07
İyulun 21-də yeni həyata başlayacaq BÜRCLƏR: Keçmişlə vidalaşacaqsınız
21 iyul 2025 , 18:39
Müəllimlərin işə qəbulunun NƏTİCƏLƏRİ
21 iyul 2025 , 18:09
Vanqa və "yaşayan Nostradamus"dan 2025-ci il üçün eyni sensasiyalı PROQNOZ
21 iyul 2025 , 17:12
Bakıda bu avtobus zolaqlarında sərnişin düşürməyə icazə verildi
21 iyul 2025 , 15:58
Bakı metropoliteninə yeni mətbuat katibi təyin edildi
21 iyul 2025 , 15:18