Nazirlikdən külək açıqlaması - YENİLƏNİB
03 dekabr 2013 16:32 (UTC +04:00)

Nazirlikdən külək açıqlaması - YENİLƏNİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində dekabrın 3-ü səhər saatlarında güclü şimal-qərb küləyinin əsməsi ilə bağlı məlumat yayıb. Qurumdan Lent.az-a verilən məlumata görə,  bu gün səhər saatlarına olan məlumatlara əsasən, küləyin sürəti Tərtərdə 28 m/s, Bərdə, Gəncə, Nabranda 20 m/s, Altıağacda 19 m/s, Naftalanda 17 m/s, Yardımlıda 16 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda, Sumqayıtda 22 m/s, Çilov adasında 24 m/s, Neft Daşları və Pirallahıda 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,2 metrə çatıb.

 
Dekabrın 3-ü axşamdan 4-ü səhərədək güclü şimal-qərb küləyinin davam edəcəyi, gündüz mülayimləşəcəyi gözlənilir. Havanın minimal temperaturu dekabrın 3-dən 4-ə keçən gecə 0-2 dərəcə isti təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3710

Oxşar yazılar