Gənclər və İdman Nazirliyi gənclər təşkilatları arasında müsabiqə keçirir. Nazirlikdən Lent.az-a verilən məlumata görə, müsabiqəyə təqdim olunacaq layihələr Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin təşəbbüslərinin artırılması, gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği və gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi və. s istiqamətlər üzrə olmalıdır.
Müsabiqə Gənclər və İdman nazirliyinin kollegiyasının “Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında” qərarı və “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci fəslinin 10-cu maddəsi əsasında gerçəkləşir.
Qeyd edək ki, müsabiqəyə dair bütün məlumatlar Gənclər və İdman Nazirliyinin rəsmi internet səhfəsində (www.mys.gov.az) yerləşdirilib. Layihələrin son qəbul tarixi fevralın 17-dir.