Nazirlikdən əlil və şəhid ailələrinə şad xəbər
25 sentyabr 2013 13:23 (UTC +04:00)

Nazirlikdən əlil və şəhid ailələrinə şad xəbər

Yaxın günlərdə Qax rayonunda əlil və şəhid ailələri üçün tikilmiş 1 ədəd 4 mərtəbəli 36 mənzilli yaşayış binasının istifadəyə verilməsi planlaşdırılır. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumatda o da qeyd olunur ki,  hazırda əlil və şəhid ailələri üçün Bərdə, Şamaxı rayonlarının hər birində 1 ədəd 4 mərtəbəli 36 mənzilli, Goranboy, Tərtər, İmişli, Beyləqan, Ağdam rayonlarının hər birində isə 1 ədəd 6 mərtəbəli 54 mənzilli yaşayış binaları inşa olunur.

 

Həmin binaların ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Son 10 ildə müharibə əlillərinə 2800-dən çox maşın təqdim edilib. 1998-ci ildən bu vaxta qədər isə 3800-ə yaxın minik avtomobili imtiyazlı əlillərə verilib. Cari ildə 280 ədəd minik avtomobilinin əlillərə verilməsi nəzərdə tutulur ki, onlardan 180-dək avtomobil bu günlərdə paylanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1237

Oxşar yazılar