Nazirlikdən beyləqanlı əlilləri sevindirəcək xəbər
20 dekabr 2013 14:38 (UTC +04:00)

Nazirlikdən beyləqanlı əlilləri sevindirəcək xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət səyyar tibbi-texniki briqadası tərəfindən Beyləqan rayon mərkəzi xəstəxanasında həmin rayonda  və ətraf rayonlarda yaşayan əlillərə səyyar protez-ortopedik bərpa xidmətinin göstərilməsinə başlanıb. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.

Gün ərzində ümumilikdə 50 nəfərdən çox əlil vətəndaşa xidmət göstəriləcək və bununla da artıq həmin vətəndaşların protez-ortopediya məmulatları ilə təmin olunmaq üçün uzaq yol qət edərək paytaxt Bakı şəhərinə gəlməsinə ehtiyac qalmayacaq.

 

Dekabrın 21-də isə digər tibbi-texniki briqada Saatlı rayon mərkəzi xəstəxanasında olacaq. Yaradılmış iki briqada tərəfindən bölgə üzrə ümumilikdə 100 nəfərdən artıq əlil şəxs qeyd olunan xidmətlərlə təmin ediləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762

Oxşar yazılar