Cari ildə sosial müdafiə əhəmiyyətli yeni obyektləri istifadəyə veriləcək. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Belə ki nazirliyin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq, Qobustan rayonunda isə Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi inşa olunur.
Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzində gözdən əlillərin gündəlik həyatda zəruri vərdişlərə, peşə-əmək qabiliyyətlərinə yiyələnmələri, onların sosial reabilitasiyasının daha dolğun şəkildə aparılması nəzərdə tutulur. İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq çətin həyat şəraitinə düşmüş uşaqların müvəqqəti yaşayış yeri, sosial, psixoloji və digər xidmətlərlə, hüquqi yardımla təmin edilməsi məqsədinə xidmət edir.
Sosial Adaptasiya Mərkəzi isə penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin peşə hazırlığı və işlə, tibbi və sosial yardımla təmin edilməsi, sosial adaptasiya olunmaları məqsədilə dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birgə müvafiq tədbirlər həyata keçirəcək.
Qeyd olunan yeni sosial obyektlərin cari il ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

Nazirlik yeni sosial obyektlər tikir
Oxşar yazılar
Yay tətilində dərs oxumaq lazımdır ya yox? - Təhsil eksperti danışdı
28 iyul 2025 , 09:41
Bəxt üzünü bu BÜRCLƏRƏ çevirəcək: Möcüzələrlə tanış olun
28 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
28 iyul 2025 , 08:26
İyulun sonu xoşagəlməz sürpriz gətirə bilər: bu BÜRCLƏRƏ xəbərdarlıq
28 iyul 2025 , 00:02
Milli qəhrəman Natiq Qasımovun anası vəfat edib
27 iyul 2025 , 18:25
Niyə insanlar həyatınıza girirlər: Bürcünüzün nəyi gizlətdiyini öyrənin
27 iyul 2025 , 18:23
Saç tökülməsinin inqilabi həlli: dərman və ya saç əkimi tələb olunmur
27 iyul 2025 , 16:31