Nazirlik Qanlı gölü zibilləyəni cərimələdi
05 iyun 2013 14:24 (UTC +04:00)

Nazirlik Qanlı gölü zibilləyəni cərimələdi

Bakı şəhəri, Yasamal rayonunda yerləşən Qanlı gölün ətrafına tullantıların atılması barədə daxil olmuş şikayət məktubu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

ETSN-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şikayət məktubu Bakı şəhər sakini Kənan Kərimov tərəfindən Prezident Administrasiyasına göndərilib.

 

Məktub ETSN-na daxil olduqdan dərhal sonra Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları şikayətdə göstərilən əraziyə baxış keçiriblər. Araşdırmada iştirak etməsi üçün şikayətçi ilə dəfələrlə əlaqə saxlansa da o, vaxtının olmaması səbəbindən araşdırmada iştirakdan imtina edib. Əraziyə baxış zamanı Qanlı göl ətrafına vətəndaşlar tərəfindən yük avtomobilləri vasitəsilə pərakəndə şəkildə bərk məişət və tikinti tullantılarının atıldığı aşkarlanıb. Departamentin əməkdaşları tərəfindən Qanlı göl ətrafında dəfələrlə günün ayrı-ayrı vaxtlarında reydlər keçirilib. Keçirilən reyd zamanı Sumqayıt şəhər sakini Fərman Qədimov tərəfindən 50-CH-871 dövlət nömrə nişanlı ZİL-130 markalı yük avtomobili ilə gölün ətrafına tullantıların atılması faktı aşkar olunub.

 

Faktla bağlı protokol tərtib olunaraq İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinə əsasən, Fərman Qədimov inzibati qaydada 500 manat məbləğində cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1373
avatar

Oxşar yazılar