Nazirlik əlilləri sevindirdi
19 dekabr 2013 14:57 (UTC +04:00)

Nazirlik əlilləri sevindirdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 37 nəfər müharibə əlilinə «NAZ-Lifan» markalı minik avtomobilinin açar və sənədləri təqdim olunub. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Onlardan 2 nəfəri Böyük Vətən müharibəsi, digərləri Qarabağ müharibəsi əlilləridir.

Yeni minik avtomobili alan əlilləri bu münasibətlə təbrik edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov dövlət başçısının əlillərə, o cümlədən Böyük Vətən müharibəsi əlillərinə, Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşlara göstərdiyi diqqət və qayğıdan söz açıb.

 

Qeyd edilib ki, hazırda təqdim olunan avtomobillər də daxil olmaqla cari il ərzində müharibə əlillərinə 280 ədəd minik avtomobili verilib. Ümumiyyətlə, bu vaxta qədər 3600 nəfərdən çox əlil dövlət hesabına minik avtomobili ilə təmin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1325

Oxşar yazılar