Nazirlik cərimələdi
04 fevral 2014 14:02 (UTC +04:00)

Nazirlik cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən  ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 274 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 49 müddətli “məcburi göstəriş” verilib.

 
Ümumilikdə, 59 iş üzrə 61491.27 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 22 iş üzrə 4549.74 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 950 iş üzrə 84693 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 25, icra qurumlarına 13, məhkəmələrə isə 18 iş göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar