Nazirlik bu ay 250 min manata yaxın cərimə tətbiq edib
18 dekabr 2013 14:31 (UTC +04:00)

Nazirlik bu ay 250 min manata yaxın cərimə tətbiq edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən dekabrın 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 134 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 23 müddətli məcburi göstəriş verilib.
Ümumilikdə, 43 iş üzrə 247450 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 22 iş üzrə 3996.53 manat məbləğində iddia qaldırılıb.

Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 115 iş üzrə 14418.3 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 13, icra qurumlarına 13, məhkəmələrə isə 2 iş göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 711

Oxşar yazılar