Müvafiq dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sayəsində talassemiyalı xəstələrin müalicəsində müsbət nəticələr əldə edilib. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, həmin xəstələrin ömür müddəti uzanıb. Son 10 ildə talassemiyadan ölüm göstəricisinin 5, hemofiliyadan isə təxminən 2 dəfə azalıb.
Nazirlikdən şəkərli diabet xəstələri ilə bağlı verilən məlumatda isə qeyd olunur ki, bu xəstəliklərdən ölüm göstəricisi stabilləşib.