Təhsil Nazirliyinin dəstəyi ilə "İçərişəhər" intellektual oyunlar klubunda "Nə? Harada? Nə zaman?" məktəb liqasına start verilib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" intellektual oyunlar klubu bu layihə çərçivəsində ölkə üzrə ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdlərinin əyləncəli intellektual hərəkata cəlb olunmasını nəzərdə tutur.
Məktəb liqasının ilk oyununda 11 komanda iştirak edib. Bakı şəhərindəki Zərifə Əliyeva adına liseyi təmsil edən «Birlik» komandası 24 sualdan 17-nə düzgün cavab verərək qalib adına layiq görülüb.
Məktəb liqasının ikinci oyununda iştirakçı komandaların sayının ikiqat artacağı gözlənilir.