2014-cü ilin fevral-may aylarında Azərbaycanda ali məktəb tələbələri arasında futbol üzrə "Təhsil kuboku" keçiriləcək.
Bu barədə Lent.az-a Təhsil nazirliyindən məlumat verilib. Yarışın keçirilməsində məqsəd “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələri həyata keçirmək, tələbə futbolçuların ustalıq səviyyələrini yüksəltmək, tələbələr arasında sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir.
Qeyd edək ki, Azərbaycanda futbol sahəsində həyata keçirilən dövlət siyasəti və futbol infrastrukturunun müasir tələblər səviyyəsinə yüksəldilməsi gənclərin futbola olan marağını artırır. Bu baxımdan Təhsil Nazirliyi uşaq, yeniyetmə və gənclərin futbola daha çox cəlb olunması, futbolla bağlı məlumat-maarifçilik və təbliğat işinin gücləndirilməsi məsələlərinə xüsusi əhəmiyyət verir.
"Təhsil kuboku"nda iştirak edərək uğur qazanan ali məktəb komandaları və fərqlənən oyunçular Təhsil Nazirliyinin qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.

Nazirlik: “Təhsil kuboku" keçiriləcək
Oxşar yazılar

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
28 iyul 2025 , 19:07
Dəyişiklik küləyi bu gündən başlayacaq: Bu BÜRCLƏR üçün xüsusi uğur gətirəcək
28 iyul 2025 , 18:39
Parazitlərin ən çox aşkarlandığı balıq növü AÇIQLANDI
28 iyul 2025 , 16:57
Bu 3 elektrik cihazını istifadə etmədikdə şəbəkədən çıxarın – həm enerjiyə, həm də pula qənaət
28 iyul 2025 , 16:13
Tərk edilmiş tikili istirahət mərkəzinə çevrildi
28 iyul 2025 , 15:44
Sabah çimərliklərdə suyun temperaturu nə qədər olacaq? - PROQNOZ
28 iyul 2025 , 14:59İyulun sonunda gözlənilən maqnit qasırğaları: sağlamlığınız nə vaxt pisləşə bilər?
28 iyul 2025 , 14:30