Azərbaycan Təhsil Nazirliyi ibtidai siniflərdə dərs yükü çox olduğu üçün fiziki tərbiyə dərslərinin digər dərslərlə əvəz olunması məsələsinə aydınlıq gətirib. Nazirliyin Məktəbəqədər və ümumtəhsil şöbəsinin aparıcı məsləhətçisi Afət Süleymanova bildirib ki, belə hallar ayrı-ayrı məktəblərdə müşahidə edilir. Nazirlik rəsmisinin sözlərinə görə, bununla bağlı lazımi tədbirlər görülür: “Təbii ki, belə hallar olmamalıdır. Təhsil Nazirliyi tərəfindən də belə halların baş verməsi qəbul olunmur. Çünki bizim fiziki-tərbiyə üzrə fənn kurikulumları, təhsil standartları müəyyən edilib. Hər bir sinif üzrə tədris başa çatandan sonra uşaq həmin fənn üzrə müəyyən edilən standartlara cavab verməlidir. Təhsil müəssisəsinin rəhbərliyi də nazirlik qarşısında həmin standartların yerinə yetirilib-yetirilməməsinə dair hesabat verməlidir. Əgər belə hallar varsa, buna məktəb rəhbərliyi məsuliyyət daşıyır”.
A. Süleymanova bildirib ki, bu gün məktəblərdə fiziki tərbiyə dərslərini yüksək səviyyədə tədris edən fənn müəllimləri də var. Onun sözlərinə görə, bəzi fiziki tərbiyə müəllimləri nazirliyin müvafiq şöbəsinə cəlb olunaraq onların təcrübələrindən istifadə ediləcək: “Düşünürük ki, məktəblərdə tədris olunan bir sıra nümunəvi fiziki-tərbiyə dərsləri müşahidə edilsin, lentlərə çəkilsin, müəllimlərlə onların müzakirəsi keçirilsin. Bununla da fiziki-tərbiyə müəllimlərin peşəkarlığının artırılması istiqamətində əməli işlər aparılsın. Uşaq sağlamlığının qorunması bu gün Təhsil Nazirliyini də narahat edir. Çünki bu gün tərbiyə işinin tərkib hissəsi uşaqların sağlamlığının qorunmasıdır”.

Nazirlik: İdman dərslərini ayrı dərslərlə əvəzləyirlər
Oxşar yazılar

Vanqadan 2025-ci il üçün ən sensasiyalı PROQNOZ: onun mahiyyəti nədir
30 iyul 2025 , 20:15
Sabah Bakıda hava çox əlverişsiz olacaq, çölə çıxmayın
30 iyul 2025 , 19:05
Tezliklə çətinlikləri unudacaq BÜRCLƏR: Yeni mərhələ kim üçün başlayır
30 iyul 2025 , 18:33
Ən yaxşı kondisioneri necə seçək? Münasib, sürətli və uzunömürlü markalar - ARAŞDIRMA
30 iyul 2025 , 17:05
Peşə məktəblərindəki boşluqlar: Bəlli olmayan ünvan, qaranlıq ixtisas seçimi və...
30 iyul 2025 , 16:43Bakı-Ələt-Qazax yolundan istifadə edən sürücülərə XƏBƏRDARLIQ
30 iyul 2025 , 16:21
Bu il 41 bağça müdiri işdən çıxarılıb
30 iyul 2025 , 15:35